Ərdoğan Sinan Oğan barədə qərarını açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "ATA" ittifaqının namizədi Sinan Oğanla mümkün əməkdaşlıqdan danışıb.

Metbuat.az xəbər verir ki, Ərdoğan Sinan Oğanın təkliflərini qəbul etməyəcəyini bildirib. Ərdoğanın sözlərinə görə, seçkilərin ikinci turunu hansısa siyasətçi yox, Türkiyə xalqı həll edəcək.

Qeyd edək ki, müxalifətin namizədi Kamal Kılıçdaroğlunun Sinan Oğanın dəstəyi qarşılığında ona nazirlik təklif etdiyi bildirilir. Məlumata görə, Sinan Oğan da Kılıçdaroğlu kimi suriyalı qaçqınların Türkiyədə qalmasından narahatdır. Kılıçdaroğlu seçkidə qalib gələcəyi təqdirdə Sinan Oğana qaçqın məsələləri üzrə yeni nazirliyin yaradılmasını və nazir vəzifəsinə özünün gəlməsini təklif edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı