Elektrik qurğularının texniki istismar qaydaları hazırlanacaq

Elektrik qurğularının texniki istismar qaydaları hazırlanacaq.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanında əksini tapıb.

    Fərmana əsasən, Energetika Nazirliyi aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:

    - elektrik qurğularının quraşdırılması qaydalarını;

    - elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını;

    - elektrik qurğularının texniki istismar qaydalarını;

    - elektrik enerjisinin istehlakı ilə bağlı texniki tələbləri.

    Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı