1-ci turu düzgün tapan ekspertin 2-ci tur üçün proqnozu maraqla qarşılandı

Türkiyədə prezident seçkilərinin ilk turu barədə düzgün proqnoz verən “SONAR” Araşdırma Mərkəzinin rəhbəri Hakan Bayraqçı seçkilərin ikinci turu barədə üç mümkün ssenari irəli sürüb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Sinan Oğanın 5,2 faizlik səsi müxtəlif ssenarilər üzrə bölünə bilər.

Sinan Oğan neytral qalarsa, necə ola bilər?

- 1,8 faiz Kılıçdaroğluna gedər;
- 1,8 faiz Ərdoğana gedər;
- 1,6 faiz seçici seçkiyə getməz;

Sinan Oğan Kılıçdaroğlunu dəstəkləyərsə, necə ola bilər?

- 2,2 faiz Kılıçdaroğluna gedər4
- 1 faiz ərdoğana gedər;
- 2 faiz seçici seçkiyə getməz;

Sinan Oğan Ərdoğanı dəstəkləyərsə, necə ola bilər?

- 1,8 faiz Kılıçdaroğluna gedər;
- 2 faiz Ərdoğana gedər;
- 1,4 faiz seçici seçkiyə getməz;

Hər üç ssenaridə Ərdoğan ikinci turda da qalib gələcək.

Qeyd edək ki, Hakan Bayraqçı 14 may seçkilərində Ərdoğanın 48,8 faiz, Kılıçdaroğlunun 44,1 faiz, Sinan Oğanın isə 3,5 faiz səs alacağını proqnozlaşdırmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı