XİN başçıları müzakirələri davam etdirmək barədə razılığa gəldi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Metbuat.az xəbər verir ki, bu barədə mayın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada baş tutan görüşdə razılıq əldə olunub.

Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər. Tərəflər həmçinin “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdirib, hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı