Ukrayna Prezidenti Volodimir Zelenski qızğın döyüşlərin getdiyi Baxmut şəhərinin ələ keçirildiyini etiraf edib.
Metbuat.az xəbər verir ki, bu barədə dövlət başçısı Yeddilik Qrupunun (“G7”) sammitində jurnalistlərin Baxmutun Kiyevin nəzarətində qalıb-qalmadığı barədə sualını cavablandırarkən bildirib.
“Düşünürəm ki, yox. Bu gün Baxmut ancaq bizim qəlbimizdədir”, - o, ABŞ Prezidenti Cozef Baydenlə görüşdən öncə açıqlayıb.