"ATMA-YARAT-SAT" sərgisində 30-dan çox əlilliyi olan yaradıcı şəxs iştirak edib - FOTO

Hazırda tullantıların düzgün idarə olunması ilə bağlı yaradıcı yanaşmalar tətbiq etməklə ətraf mühitin mühafizəsinə diqqət çəkmək geniş yayılmış təcrübələrdəndir. ATMA-YARAT-SAT sosial layihəsi bu məqsədə xidmət edir.

Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi olan yaradıcı insanların cəlb olunduğu layihə çərçivəsində yararsız hesab edilən əşyalardan düzəldilən əl işlərinin nümayişi, eləcə də satışı təşkil olunub.

Metbuat.az xəbər verir ki, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça” ASC, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə ənənəvi olaraq keçirilən ATMA-YARAT-SAT sosial layihəsində 30-dan çox əlilliyi olan yaradıcı şəxs iştirak edib. Sərgi-yarmarkada həmçininDOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yetirmələrinin və Peşə-əmək Reabilitasiya Mərkəzinin yetirmələrinin iştirakı ilə konsert proqramı təqdim edilib.

Qeyd edək ki, Layihənin məqsədi lazımsız hesab edilən əşyaların yaradıcı insanların toxunuşu ilə sənət əsərinə çevrildiyini əyani şəkildə nümayiş etdirmək, tullantıların həcmini azaltmaq, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına dəstək vermək və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına köməklik göstərməkdir. Bir sıra dövlət qurumlarının dəstək verdiyi ATMA-YARAT-SAT sərgi, satış-yarmarkası ənənəvi olaraq hər il keçirilir. Bu ildən əlilliyi olan insanların əl işlərini artsale.az platforması üzərindən nümayiş etdirmək və satmaq imkanı da yaradılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı