“Azerçay” Beynəlxalq Çay Günü münasibətilə silsilə tədbirlər həyata keçirib

Azərbaycan çayının şöhrətini beynəlxalq arenada tanıdan, üzərində “Made in Azerbaijan” yazısını şərəflə daşıyaraq dünyaya göstərən “Azerçay” 21 May Beynəlxalq Çay Günü münasibətilə silsilə tədbirlər həyata keçirib.

Belə ki, “Azerçay” markası “Kənd adamı” "YouTube" layihəsinin komandasının üzvlərini Masallıya dəvət edib. Layihənin simaları doğma çayın yetişdirildiyi tarlada gül mürəbbəsi bişiriblər.

Eyni zamanda ana dilinə olan diqqət və qayğının bariz nümunəsi kimi, Azərbaycan dilinin doğru istifadəsinin təbliği məqsədilə məşhur “Grammar Azi” səhifəsi ilə əməkdaşlıq edilib və dilimizdə səhv işlədilən sözlərin düzəldilməsi, yazı səhvlərinin aradan qaldırılması, cəmiyyətin maarifləndirilməsi üçün maraqlı videoçarx hazırlanıb.

Bununla yanaşı, tanınmış aparıcı Fərid Rəsul «yenə adi günlərdən biri» söyləyərək doğma çay markamız olan “Azerçay”ın yetişdirildiyi tarlaları ziyarət edərək çox maraqlı vloq hazırlayıb.

Qeyd edək ki, bir müddət öncə «Azerçay»ın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq berqamot məhsulu əkilib və ilk məhsul toplanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı