Azərbaycana ən çox hansı ölkələrdən gəlirlər?

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 168 ölkədən 522,9 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə (təxminən 60 % çox) çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Metbuat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 31,7 %-i Rusiya, 20,9 %-i Türkiyə, 8,4 %-i İran, 5,5 %-i Gürcüstan, 5 %-i Hindistan, 2,3 %-i Pakistan, 2,2 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2 %-i Qazaxıstan, 1,8 %-i Özbəkistan, 1,7 %-i Səudiyyə Ərəbistanı, hər birindən 1,6 % olmaqla Ukrayna və Belarus, 1,3 %-i Türkmənistan, 1,2 %-i Küveyt, 12,8 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 75,8 %-ni kişilər, 24,2 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,3 dəfə, Hindistandan - 4,2 dəfə, Türkmənistandan - 3,8 dəfə, Özbəkistandan - 3,3 dəfə, Belarusdan - 3,3 dəfə, Qazaxıstandan - 2,1 dəfə, Pakistandan - 1,9 dəfə, Rusiyadan - 1,9 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Niderlanddan - 1,9 dəfə, İsraildən - 1,8 dəfə, ABŞ-dan - 1,7 dəfə, Omandan - 1,6 dəfə, Küveytdən - 48,9 %, BƏƏ-dən - 44,5 %, Gürcüstandan - 43,8 %, Türkiyədən - 31 % artıb.

2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 213,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 27,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4 % artaraq 76,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 33,7 %-i dəmir yolu və avtomobil, 64,8 %-i hava, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı