Salvador Liqasının pley-off mərhələsinin 1/4 finalında “Alianza” və “FAS” klubları arasında keçirilən matçda tribunalarda böyük izdiham yaşanıb.
Metbuat.az xəbər verir ki, izdiham zamanı 12 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Məlumata görə, stadiona nəzərdə tutulduğundan daha çox tamaşaçı daxil olub. Stadionun qaplarının bağlı olması izdihama səbəb olub. Bildirilir ki, yüzlərlə tamaşaçı bilet almadan stadiona daxil olub. Ardınca bilet alanların stadiona daxil olmaq cəhdi sıxlıq yaradıb. Qeyd edək ki, ilk görüş “FAS”-ın 1-0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Cavab oyununda izdiham baş verərkən hesab 0-0 olub. Oyun dayandırılıb.