Yunanıstanda 4 türk deputat seçildi

Yunanıstanda keçirilən seçkilərdə Baş nazir Kiriakos Mitsotakisin “Yeni Demokratiya” partiyası qalib gəlib.

Metbuat.az xəbər verir ki, parlament seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, Qərbi Trakyadan 4 türk namizəd Yunanıstan parlamentinə deputat seçilib. Seçkilərdə Rodop vilayətindən Özgür Ferhat, keçən il “PASOK” partiyasındanixrac edilən İlhan Əhməd, İskeçe vilayətindən Hüseyn Zeybek və “PASOK” partiyasından Burhan Baran millət vəkili seçilib.

Qeyd edək ki, Kiriakos Mitsotakisin “Yeni Demokratiya” partiyası səslərin 40,81 faizini qazanıb. Lakin parlamentdə çoxluğu təmin edə bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı