KTMT-dən çıxmaq məsələsi hələ də gündəmdədir - Paşinyan

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi hələ də gündəmdədir.

Metbuat.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Paşinyan bildirib ki, əgər KTMT üzvü olmaq digər ölkələrlə təhlükəsizlik məsələlərinin müzakirəsinə mane olarsa, Ermənistan KTMT-dən çıxa bilər. O, həmçinin əlavə edib ki, təşkilata üzv olmaq İrəvana üçüncü ölkələrdən silah əldə etmək üçün müzakirələr aparmağa mane olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı