İtkin düşən qızı qaçırdığı deyilən şəxs ailəli imiş, 40 yaşı var - VİDEO

Tovuzda itkin düşüb Xaçmazda tapılan 13 yaşlı məktəblini qaçırdığı iddia edilən şəxsin yaxınları danışıblar.

Metbuat.az "Baku TV"yə istinadən xəbər verir ki, qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 40-dan çox yaşı var və ailəlidir.

Üç övladı olan S.Kavazov Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışır.

Saxlanılan şəxsin qohumu Günel Kavazova mövzunu eşitdikdə təəccübləndiyini qeyd edib:

“Məsələni bu gün eşitmişəm. Təəccübləndim, ailəli adamdır. Son dəfə onu bu gün görmüşəm”.

Daha ətraflı süjetdə:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı