Tacikistan Prezidenti İlham Əliyevi təbrik edib

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Tacik xalqı adından və şəxsən öz adımdan Sizə və bütün dost Azərbaycan xalqına ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizin uzaqgörən və quruculuq siyasətiniz sayəsində Azərbaycan irəliləyiş və tərəqqi yolunda möhtəşəm nəticələr əldə edib, bununla da beynəlxalq arenada öz nüfuzunu yüksəldib.

Biz ikitərəfli münasibətlərin konstruktiv atmosferindən və əlbəttə ki, ölkələrimizin xalqlarımızın köklü maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələrinin dinamik inkişafından məmnunuq.

Sizin bu yaxınlarda Tacikistana dövlət səfəriniz zamanı görüşlərimizi səmimiyyətlə xatırlayıram. Əminəm ki, bu səfər çərçivəsində əldə olunan razılaşmaların praktik icrası uzunmüddətli perspektivə istiqamətlənmiş səmərəli Tacikistan-Azərbaycan əməkdaşlığına yeni impuls verəcək.

İnanıram ki, biz birgə səylərimizlə ikitərəfli tərəfdaşlığımızı xalqlarımızın və ölkələrimizin rifahı naminə yeni inkişaf üfüqünə çıxaracağıq.

Əziz İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı