Ordumuzun əsgəri faciəvi şəkildə VƏFAT ETDİ - YENİLƏNİB

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır: "Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!"


09:46

Azərbaycan Ordusunun hərbi qulluqçusu Davud Məmmədlini ildırım vuraraq öldürüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR