PSV-nin baş məşqçisi Rud van Nistelroy istefa verib.
Metbuat.az xəbər verir ki, bunu Niderland klubunun mətbuat xidməti açıqlayıb.
Dünən direktorlar şurası ilə mütəxəssis arasında görüş olub. Tərəflər mövsümün sonuna qədər davam etməyə razılaşıb.
Lakin bu gün klubun bazasına yollanan van Nistelroy futbolçularla vidalaşıb. Mütəxəssis bu addımı yetərincə dəstək almaması ilə izah edib. Baş məşqçi vəzifəsi müvəqqəti Fred Ruttenə tapşırılıb.
Qeyd edək ki, 2022-ci ilin yayından PSV-yə rəhbərlik edən mütəxəssisin müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatmalı idi. Hazırda PSV Niderland çempionatının turnir cədvəlində ikincidir.