Cəlilabadda itin dişlədiyi azyaşlı dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, hadisə rayonun Röyal Nəsirov küçəsində baş verib.
11 yaşlı Zülfiyyə Rzayeva dükandan evə qayıdarkən sahibsiz itin bacısına hücum etdiyini görərək onu itin caynağından xilas etməyə çalışıb. Çoxsaylı xəsarətlər alan uşaq təcili xəsətəxanya çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurularaq, yaraları tikilib.
Ancaq Zülfiyyə Rzayeva bir neçə gün müalicə aldıqdan sonra xəstəxanda qəfildən dünyasını dəyişib.