39 yaşlı İnyestadan təəccüblü istək - Bu klubda oynamaq istəyir

Əfsanəvi ispaniyalı futbolçu Andres İnyesta oynamaq istədiyi klubun adını açıqlayıb.

Metbuat.az xəbər verir ki, 39 yaşlı futbolçu yenidən “Barselona”da oynamaq istədiyini ifadə edib. O həmçinin “Baselona”ya transferin reallaşmasının uzaq ehtimal olduğunu qeyd edib. Qeyd edək ki, Andres İnyesta Yaponiya klubu “Vissel Kobe”dən ayrılıb. 39 yaşlı yarımmüdafiəçi iyulun 1-də komandanın heyətində vida matçına çıxacaq. “Vissel Kobe” həmin gün Yaponiya çempionatının XIX turunda “Hokkaydo”nu qəbul edəcək.

Qeyd edək ki, ölkəsinin “Barselona” klubunun yetirməsi olan Andres İnyesta 2018-ci ildən bəri “Vissel Kobe”nin formasını geyinir. O, Yaponiya təmsilçisində 133 oyun keçirib, 26 qol, 25 assistlə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı