"Elxan oğlundan sonra ayağa qalxa bilmədi. Hər gün qəbiristanlığa gedirdi. Yüksək səviyyədə əməliyyat olundu. Biz onun sağalacağına ümid edirdik. Amma o, elə oğlunun adını çəkib, "Samir", - deyirdi. Axırda getdi Samirin yanına..."
Metbuat.az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında hazırda Elxan Qasımovun vida mərasimində iştirak edən Xalq artisti Rasim Balayev deyib.
Aktyor bu gün həm də yaxın dostunu itirdiyini bildirib. Rasim Balayev Elxan Qasımovun Azərbaycan incəsənəti və mədəniyyəti üçün önəmli fiqur olduğunu da vurğulayıb.
Məlumat üçün bildirək ki, bu ilin mayında 78 yaşlı Elxan Qasımovun səhhətində problemlər yaranıb. O, bir müddət əvvəl qarın aortası anevrizması diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. Əməkdar artist bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.
Elxan Qasımov bu gün Xırdalan qəbiristanlığında dəfn olunacaq.