Əliyev və Paşinyan arasında görüşü səbirsizliklə gözləyirik - Şarl Mişel

Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşması ilə bağlı müzakirələrin davam etdirilməsini səbirsizliklə gözləyirik.

Metbuat.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviter hesabında bildirib.

“Bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq vacibdir. Bakı ilə keçmiş DQMV-də yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq indi mühüm əhəmiyyət kəsb edir. Maksimalist mövqelərdən çəkinmək və dialoqu hədəfləmək vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxta ehtiyac var. Cəsarətli qərarlar lazımdır”, - Aİ Şurasının Prezidenti vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR