Azərbaycanda işgüzar səfərdə olan İsrail Prezidenti İshaq Hersoq yəhudi icması ilə görüş keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə Prezident öz tviter hesabında paylaşıb.
"Bu səhər Azərbaycanın möhtəşəm yəhudi icması ilə görüşdən çox məmnun oldum. Yəhudi və Azərbaycan xalqları arasındakı münasibətlər Azərbaycanda əsrlər boyu inkişaf edən yəhudi irsinə əsaslanır və ölkənin zəngin mədəni və siyasi həyatının bir hissəsidir. Dinlərarası əməkdaşlıq, mədəniyyətlərarası tolerantlıq və hörmətin bu irsi indiki zamanda xalqlarımızın ehtiyac duyduğu dəyərdir. Və bu, bütün dünyaya təqdim etdiyimiz bir hədiyyədir", - deyə paylaşımda qeyd olunub.