Taekvondoçumuz dünya çempionatında qələbə qazandı

Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Metbuat.az xəbər verir ki, çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Xanoğlan Kərimov ilk döyüşündə portuqaliyalı Alfredo Martinsə qalib gələrək 1/32 final mərhələsinə yüksəlib.

Taekvondoçumuzun növbəti rəqibi danimarkalı Tobias Hittel olacaq.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı