İran Hersoqun səfərinə səssiz qaldı: Bakı-Tehran xəttində “diplomatik atəşkəs” elan edilib?

İsrail prezidenti İsxak Hersoqun Azərbaycana səfərinə İranın “səssiz reakasiyası” maraqlıdır. Halbuki, Azərbaycanın İsraildə səfirlik açmasını süngü ilə qarşılayaraq, İsrail xarici işlər naziri Eli Koenin Ceyhun Bayramovla görüşdə səsləndirdiyi fikirləri “Azərbaycan və İsrail İrana qarşı birləşib” kontekstində şərh etmişdilər”.

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı bildirib. Ekspert hesab edir ki, Hersoqun Bakıda İranı müzakirə etdikləri, İsrail və Azərbaycanın bu ölkənin hədəfində olduğuna dair fikirlər Tehranın aqressiyası üçün yetərli idi.

“Sadəcə, İran XİN-in sözçüsü Nasser Kanaani İsrail prezidentinin Bakıya səfərinə “sionist rejiminin gələcəyi” yoxdur kimi ümumi fikirlərlə münasibət bildirdi və yenə Azərbaycana qarşı ittiham irəli sürülmədiyi diqqət çəkdi. Bunun səbəbini Bakı-Tehran xəttində “diplomatik atəşkəsin” elan edilməsində görmək mümkündür. Hərçənd, Hersoqun səfərindən sonra İranın aqressivləşməcəyinə də zəmanət yoxdur” .

A.Nərimanlı açıqlamasına əlavə olaraq qeyd edir ki, İsrail prezidenti Bakıda səfərdə olduğu vaxt İranda nə baş verdiyi xüsusi diqqət çəkir.

“Mayın 30-da İran hüquq-mühafizə orqanları Qərbi Azərbaycan vilayətində “sionist rejimə bağlı terror qruplaşması üzvlərinin həbs edildiyi” xəbərini tirajladılar. Bu, İranın “sionist rejim” təbliğatında ənənəvi addımlarından biridir, lakin informasiyanın Hersoqun Bakıda olduğu gün tirajlanması müəyyən gözləntiləri önə çıxarır: İran Hersoqun Bakıya səfərinə görə Azərbaycana qarşı ittihamını “sionist terroru” üzərindən quracağı və yaxud bu məqsədlə “həbs edilən” qruplaşmanın Azərbaycanla “bağlantıları”nı ortaya ata bilərlərmi? suallarına cavab xüsusilə Tehranın Bakıya qarşı ittihamlarını terrorçu iddiası üzərindən qurduğu təcrübəsi fonunda açıq olaraq qalmaqdadır”.

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı