Makron Əliyev və Paşinyanla ayaqüstü söhbət etdi - Kişineudan ilk FOTOLAR

Moldovada Avropa Siyasi Birliyinin ikinci sammitinin açılış mərasimi zamanı Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla salamlaşıb.

Metbuat.az xəbər verir ki, liderlər ayaqüstü söhbət ediblər. Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, bu gün Moldovada Avropa Siyasi Birliyinin ikinci sammitinin açılış mərasimi olub. Sammit çərçivəsində İlham Əliyev, Paşinyan, Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Almaniya kansleri Olaf Şolz arasında beştərəfli görüş planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı