Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünən Kişineuda baş tutan görüşlə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda deyilir:

“Prezident Şarl Mişel tərəfindən üçtərəfli formatda, həmçinin Almaniya və Fransanın iştirakı ilə Avropa Siyasi İcması çərçivəsində keçirilən görüş qeyri-rəsmi, müsbət və səmərəli atmosferdə keçdi. İyulda üçtərəfli görüşlərin növbəti mərhələsinin Brüsseldə keçirilməsi razılaşdırılıb”.

Qeyd edək ki, görüşdə 21 iyul Brüsseldə üçtərəfli görüşün keçiriləcəyi qərara alınıb.

 Kişineudakı görüşlə bağlı Hikmət Hacıyevdən