"Adana Dəmirspor"la yollarını ayırmaq üzrə olan təcrübəli çalışdırıcı Vinçenzo Montella “Fənərbaxça”nın baş məçqisi ola bilər.
Metbuat.az xəbər verir ki, “Fənərbaxça” bu barədə Montellaya təklif irəli sürüb. “Sportitalia”nın məlumatına görə, tərəflər görüşərək, təklif rəsmən Montellaya təqdim olunub.
Qeyd edək ki, Montella "Adana Dəmirspor"a oynatdığı baxımlı oyunla diqqət çəkib. O, indiyə qədər “Fiorentina”, “Milan,” “Sevilla” və “Roma” kimi önəmli klubları çalışdırıb.