Putinin anası olduğu iddia edilən qadın vəfat etdi - FOTO

Rusiya Prezidenti Vladimir Putinin əsl anası olduğunu iddia edən Vera Putina 97 yaşında Gürcüstanda dünyasını dəyişib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, son illərdə qadın Tbilisidə yaşayan 97 yaşlı Putina Gürcüstanın şərqindəki Kasosk bələdiyyəsinin Metexi kəndində dəfn edilib.

Vera Putinanın 1926-cı ildə Perm vilayətində anadan olduğu bildirilir. Qadının sözlərinə görə, o, 1950-ci ildə bir oğlan uşağı dünyaya gətirib və adını Vladimir qoyub. Daha sonra qadın gürcü ilə ailə qurub və oğlu ilə birlikdə Metexiyə köçüb.

İddialara görə, ögey ata Vladimir ilə pis rəftar edib. Buna görə də qadın oğlunu Rusiyadakı valideynlərinin yanına göndərib və o vaxtdan bəri onu bir daha görməyib. Qadın Vladimir Putini televizorda görəndə tanıyıb.

Qeyd edək ki, Rusiya prezidentinin rəsmi tərcümeyi-halında onun 1952-ci il oktyabrın 7-də Leninqradda anadan olduğu, atası Vladimir Spiridonoviç Putin (1911-1999), anası Putina (Şelomova) Mariya İvanovna olduğu deyilir (1911-1998). Ancaq gürcü hekayəsinə inananlar qeyd edirlər ki, Rusiya prezidentinin uşaqlığı haqqında çox az real məlumat var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı