Tanınmış türk jurnalist Fülya Öztürk özünün sosial media hesabında 15 il əvvəlki fotosunu paylaşıb.
Metbuat.az xəbər verir ki, jurnalistin “alın biraz təəccüblənin, yaş 20” deyə şərh yazdığı foto maraqla qarşılanıb.
Bəziləri onun çox dəyişdiyini desə də, bəziləri isə, illərin ondan heç nə aparmadığını yazıb.
Həmçinin izləyicilərdən biri “Fulya Öztürk deyiləndə ağlııma Qarabağ müharibəsi gəlir, orada yaşadıqları və cəsarəti” yazaraq onun 44 günlük müharibə zamanı göstərdiyi səyləri vurğulayıb.