​75 000 AZN böyük uduşlu “Qızıl Ekstra” satışda!

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC daim yenilikləri ilə qazanma şansını artıraraq lotereya həvəskarlarını sevindirməyə davam edir. Şirkət daha bir “Poz-Qazan” oyunu - “Qızıl Ekstra”nı təqdim edir.

Qiyməti 3 AZN olan lotereya biletlərinin ümumi sayı 20.000.000, uduşlu biletlərin sayı isə 4.889.690 ədəddir. “Qızıl Ekstra” ani lotereyasının ümumi uduş fondunun məbləği isə 39.599.400 AZN təşkil edir.

Ən böyük uduş məbləği 75.000 AZN-dir. Bu məbləğdə uduş olan biletlərin sayı isə 4 ədəddir. 86 ədəd biletdə isə 10.000 manat və milyonlarla digər müxtəlif məbləğli pul uduşları qazanmaq şansı var. Görünüşcə “Qızıl” lotereyasına bənzəyən “Qızıl Ekstra”nın əsas fərqi oyunçuya 8 uduş şansı təklif etməsidir.

Bundan əlavə, “Azərlotereya” ASC-nin digər “Poz-Qazan ”biletlərində 200.000, 100.000, 50.000 və 25.000 manatlıq böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı əks olunur. Şans oyunları ilə əlaqədar daha ətraflı azerlotereya.com/az rəsmi internet səhifəsindən məlumat əldə edə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR