Türkiyə Milli Kəşfiyyat İdarəsinə təyinatı gözlənilən Kalın kimdir? - DOSYE

Türkiyədə seçkilərdən sonra formalaşan yeni kabinet olduqca diqqət mərkəzindədir.

Nazir postlarındakı dəyişikliklərdən sonra diqqət çəkən məqamlardan biri də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın sözçüsü İbrahim Kalının vəzifəsindən getməsi oldu. Onun yerinə Cevdet Yılmaz gəlib. Türkiyə mətbuatı yazır ki, yeni MİT rəhbəri Prezidentin sabiq sözçüsü İbrahim Kalın olacaq.

Metbuat.az İbrahim Kalının dosyesini təqdim edir:

İbrahim Kalın1971-ci ildə İstanbulda ərzurumlu - ispir əsilli bir ailənin övladı olaraq dünyaya gəlib. O, 1992-ci ildə İstanbul Universitetinin Tarix fakültəsində bakalavr təhsilini tamamlamışdır. Malaziya təhsilini davam etdirmək üçün Malayziyaya getmişdir. 1996-cı ildə ABŞ-nin Corc Vaşinqton universitetində doktoranturaya daxil olub. O, fəlsəfə, islam düşüncəsi və islam fəlsəfəsi üzrə akademik tədqiqatlar aparıb. 2002-ci ildə Corc Vaşinqton Universitetində “Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü” adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi alıb.

2005-2009-cu illərdə Siyasi İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) qurucu sədri olub. 2011-ci ildə Əhməd Yəsəvi Universitetinin Qəyyumlar Şurasına təyin edilib. Uzun müddət elmi fəaliyyətlə məşğul olan Kalın 2020-ci ildə professor adını alıb.

İbrahim Kalın müsahibələrinin birində bildirib ki, onun əsas hədəfi təhsil sahəsində fəaliyyət göstərmək olub. Oxuduğu kitablar onu siyasətə yaxınlaşdırıb.

İbrahim Kalın kimdir? Eski Cumhurbaşkanlığı Sözcüsü İbrahim Kalın kaç  yaşında, nereli, hangi görevlerde bulundu? - Fotohaber - Yaşam

Siyasətə gəlişi isə 2009-cu ildən başlayıb. O, baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri vəzifəsinə təyin edilib. 2010-cu ilin yanvarında yaradılan Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru oldu. 2012-ci ildə Baş nazirlik müşaviri müavini vəzifəsini icra edib. Rəcəb Tayyib Ərdoğan prezident olduqdan sonra prezident baş katibinin müavini vəzifəsinə təyin edilib.

2014-cü ildə Ərdoğanın sözçüsü təyin edilib. 2018-ci ildən Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri vəzifələrində də çalışıb.

İbrahim Kalın evlidir və üç övladı var. Kalının akademik və siaysət sahəsindəki fəaliyyəti ilə yanaşı sənətə, xüsusən də xalq musiqisinə yaxından maraq göstərdiyi bildirilir. Onun bəstələdiyi əsərlər arasında "Səni Mene Vermez ise" və "Elif Bacı" da var.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı