Naxçıvanda azad iqtisadi zona və xüsusi gömrük rejimi yaradılacaq

Naxçıvan MR-da azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurum İqtisadiyyat Nazirliyi, digər icraçı qurum isə Dövlət Gömrük Komitəsidir.

İlkin olaraq azad iqtisadi zonanın yaradılması ilə bağlı layihənin hazırlanması, daha sonra azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülməsi, yekun olaraq isə ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan MR iqtisadiyyatının inkişafı planlaşdırılır.

Eyni zamanda, Naxçıvan MR-nın bütün ərazisi üçün gömrük rüsum güzəştini (siyahı üzrə Azərbaycanda istehsal edilən mallar istisna olmaqla) nəzərdə tutan xüsusi gömrük rejiminin (zonasının) yaradılması nəzərdə tutulur.

Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurum Dövlət Gömrük Komitəsi, digər icraçı qurumlar isə yerli Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyidir.

İlkin olaraq hüquqi bazanın formalaşdırılması, daha sonra xüsusi gömrük rejiminin (zonasının) fəaliyyətə başlaması planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı