Messi gözlənilməzi etdi - Eyni anda iki klubla razılığa gəldi

PSJ-dən ayrılan Lionel Messi eyni anda həm "Barselona", həm də “Əl-Hilal”la razılıq əldə etmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə “Goal.com” məlumat verib. Bildirilir ki, Lionel Messinin nümayəndələri Səudiyyə Ərəbistanı komandasının nümayəndələri ilə görüşüb və argentinalı ulduzun “Əl-Hilal”a transferinin 2024-cü ilə qədər təxirə salınmasını istəyiblər. Məlumata görə, “Əl-Hilal” Messinin şərtini qəbul etsə də, 2024-cü il üçün təklifin indiki təklifdən fərqli olacağını bildirib. İddialara görə, “Əl-Hilal”ın indiki təklifi 500 milyon avrodur. Növbəti təklifdəki məvacib isə bundan az olacaq. Məlumata görə, Messi iki klubla anlaşmaq qərarını atasının “Barselona” prezidenti Joan Laporta ilə görüşdən sonra verib.

Bildirilir ki, tərəflər arasındakı danışıqlardan sonra Messinin “Barselona”ya keçidi mümkün hesab edilib. Messi bir mövsüm “Barselona”da oynayandan sonra “Əl-Hilal”a keçmək istəyir. Messinin təklifinin qəbul edildiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı