Bakıda və Sumqayıtda avtomobilləri qaçıran şəxslər saxlanıldı

Bakıda və Sumqayıtda avtomobilləri qaçıran şəxslər saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Nəsimi rayonu ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Ağayev müəyyən olunaraq saxlanılıb.

Eyni zamanda Sumqayıt şəhəri ərazisindən isə “Toyota” markalı avtomobilin qaçırılması barədə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəşad Xəlilov iyunun 4-də həmin avtomobili idarə edərkən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR