Gecə yuxusunu yaxşı ala bilməyənlər üçün möcüzə - Bir ovuc yetərlidir

İnsanlar xaşxaşı əsasən narkotiklərlə assosiasiya edir. Lakin bu bitkinin toxumları orqanizmə heç bir narkotik təsir etmir. Əksinə onun çox faydalı tərəfləri var.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, mütəxəssislər xaşxaşın bir çox xəstəliklərə şəfa olduğunu bildirir.

Xüsusilə yuxusuzluq və yorğunluqdan əziyyət çəkənlərə tövsiyə olunur. Lakin onun tərkibində morfin, kodein, tebain və papaverin kimi güclü sakitləşdirici maddələr olduğu üçün həftədə üç dəfədən çox olmayaraq istehlak edilməsi tövsiyə olunur.

Xaşxaş yüksək miqdarda Omeqa-3 yağ turşularını ehtiva edir. Bu xüsusiyyəti ilə hüceyrələrin sağlam işləməsini dəstəkləyir.

Qida dəyəri baxımından 100 qram xaşxaş toxumu orta hesabla 525 kalori, az miqdarda C və B6 vitamini, kalsium, dəmir, maqnezium, natrium və kalium ehtiva edir.

Diş çürüməsinin və ağız qoxusunun qarşısını alır

Xaşxaş yüksək infeksiya, diş çürüməsi və ağızda qoxuya görə diş ətinin iltihabının qarşısını almaqda son dərəcə təsirlidir. Tərkibində yüksək miqdarda dəmir və sink olan xaşxaş dəmir çatışmazlığı kimi problemləri aradan qaldırır. Tərkibindəki yüksək lif sayəsində uzun müddət toxluq hissi verir. Arıqlamaq istəyənlər üçün ideal qidadır. Xaşxaş toxumu kalsium, dəmir və mis mineralları kimi vacib minerallarla zəngindir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı