Çin və Rusiya təyyarələri Cənubi Koreyanın müdafiə zonasına daxil oldu

Çinin 4 və Rusiyanın 4 döyüş təyyarəsi Cənubi Koreyanın Hava Hücumundan Müdafiə zonasına daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı məlumat verib. Bildirilir ki, təyyarələr Cənubi Koreyanın hava məkanını pozmayıb. Təyyarələr bir müddət sonra bölgəni tərk edib. Məlumata görə, təyyarələr Hava Hücumundan Müdafiə zonasına daxil olmadan təqib edilməyə başlanılıb. Cənubi Koreya da döyüş təyyarələrini havaya qaldırıb.

Maraqlıdır ki, Rusiya və Çin döyüş təyyarələrinin müdafiə zonasına daxil olması Sinqapurda görüşən ABŞ, Cənubi Koreya və Yaponiya müdafiə nazirlərinin üçtərəfli təhlükəsizliyi gücləndirmək barədə razılığa gəlməsindən sonra baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı