Neymardan sürpriz qərar - Bu klubu seçdi

PSJ-dən ayrılmaq istəyən Neymar İngiltərə çempionatında futbol oynaya bilər.

Metbuat.az xəbər verir ki, “Mançester Yunayted” və “Nyukasl”dan sonra “Çelsi” də Neymarı transfer etmək üçün hərəkətə keçib. Bildirilir ki, "Çelsi"nin yeni baş məşqçisi Maurisio Poçettino 2021-2022 mövsümündə PSJ-də işləyərkən Neymarla birgə çalışıb.

Poçettino klub rəhbərliyinə Neymarı transfer etmək üçün tapşırıq verib. Lakin iddia edilir ki, “Nyukasl” klubu Neymarı transfer etmək üçün daha çox büdcə ayrımağa hazırdır. Neymarın Çempionlar Liqasına vəsiqə qazanan “Nyukasl”ın təklifinə ilkin razılıq verdiyi deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR