“Slovakiya Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasını dəstəkləyir” - Slovakiya XİN

“Avropa İttifaqının (Aİ) üzvü kimi Slovakiya Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasını dəstəkləyir”.

Metbuat.az xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib.

"Cənubi Qafqaz regionunda sabitlik və sülh daha geniş mənada mühüm əhəmiyyətə malikdir. Biz ərazi bütövlüyü prinsipini və Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərini qətiyyətlə dəstəkləyirik", - XİN-in bəyanatında deyilir.

Slovakiya XİN hesab edir ki, Şarl Mişel tərəfindən irəli sürülən və daha çox Brüssel formatı kimi tanınan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi liderlərə konstruktiv dialoqun aparılması üçün səmərəli platforma təqdim edir. Bu da regionda dayanıqlılığa və davamlı sülh nail olmaq baxımından zəruridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR