Rusiya gözəli seçilən Nataliya tənqidlərə cavab verdi: "Bu mənim təbii gözəlliyimdir" - FOTO

Rusiyada "Miss Rusiya - 2023" müsabiqəsinin qalibinin Nataliya Oskar seçilməsi birmənalı qarşılanmayıb.

Metbuat.az xəbər verir ki, onu təbrik edənlər olsa da, sosial mediada tənqid yazanlar çox olub. Ruslar Natalianın görünüşünə görə bu titula layiq olmadığını irəli sürüb. Tənqidlərə cavab verən Natalia isə deyib:

“Tənqidə gəlincə, mən əhəmiyyət vermirəm, bu onların fikridir. Hesab edirəm ki, kiminsə məndən narazı olduğunu oxumaqla vaxt itirməyə ehtiyac yoxdur. Bilirəm ki, yarışa məsuliyyətlə hazırlaşmışam və çox səy göstərmişəm. Gündə iki saat yatırdıq. İştirakçıların çoxu yorğun idi, amma mən qalib gəldim”.

Nataliya həmçinin estetik əməliyyat etdirdiyi barədə iddiaları rədd edərək, bu onun təbii gözəlliyi olduğunu irəli sürüb.

Qeyd edək ki, Rusiyada "Miss Rusiya - 2023" müsabiqəsinin qalibi seçilən Nataliya Oskar mükafat olaraq istənilən beynəlxalq gözəllik müsabiqəsində iştirak etmək hüququ, eləcə də Bali səyahəti əldə edib.

"Rusiyanın xanım supermodeli" titulunu Yekaterina Kudryavtsevaya, "Kainatın xanımı" adını isə Valentina Şatalovaya qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı