Messi yeni klubunda bu nömrəni seçdi

ABŞ-ın "İnter Mayami" klubuna transfer olan Lionel Messi yeni komandasında 10 nömrəli formanı geyinəcək.

Metbuat.az xəbər verir ki, argentinalı futbolçu yenidən sevimli nömrəsinə qovuşub. Mayami təmsilçisində bu nömrə Qonsalo İquainin gedişindən sonra boş qalıb.

Qeyd edək ki, Lionel Messi "Barselona"da 10, PSJ-də isə 30 nömrəli formanı geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR