Bakı-Novorossiysk kəməri ilə indiyədək bu qədər neft nəql olunub

Bakı-Novorossiysk boru kəməri vasitəsi ilə indiyədək 47,8 mln. ton Azərbaycan nefti ixrac olunub.

Metbuat.az xəbər verir ki, indiyədək Azərbaycandan 654 mln. ton neft ixrac olunaraq, dünya bazarlarına çıxarılıb.

Xatırladaq ki, “Əsrin müqaviləsi” imzalandıqdan sonra, ilk tikilən boru kəmərlərindən biri olan Bakı‐Novorossiysk 1997-ci ildə tam tikilib istifadəyə verilib. Kəmərin uzunluğu 1 330 kilometr, maksimum genişləndirilə bilən ötürücülük qabiliyyəti isə 7 mln. tondur (illik).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı