DYP məktəbli ekskursiyalarının təşkili ilə bağlı müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi məktəbli ekskursiyalarının təşkili ilə bağlı məlumat yayıb.

İdarədən Metbuat.az-a daxil olan məlumatda deyilir:

    “Tədris ilinin sonunda məktəblilərin ekskursiyalara, yaxud istirahət zonalarına aparılması hallarının sayı artmaqdadır.

    Lakin, təəssüf ki, belə səfərlər adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti göstərən və ya təsadüfi şəxslərlə şifahi sövdələşmə əsasında həyata keçirilir ki, bu zaman nəqliyyat vasitəsinin texniki sazlığı, sürücünün peşəkarlıq və sağlamlıq vəziyyəti, avtomobil idarə etmək hüququnun olub-olmaması, ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər nəzərə alınmır.

    Qeyd olunan səbəblərdən baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün təhsil müəssisələrinin rəhbərliyinə, eləcə də azyaşlıların ekskursiyasını fərdi qaydada təşkil edən şəxslərə belə səfərləri yalnız ixtisaslaşmış qurumlar vasitəsilə həyata keçirmək tövsiyə olunur.

    Eyni zamanda, avtobus və mikroavtobus sahiblərinin və sürücülərinin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə uşaq qruplarının qanunvericiliyin tələbləri pozulmaqla daşınması halları aşkar olunduqda həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəkdir.

    Ümidvarıq ki, valideynlər də tövsiyələri nəzərə alaraq, səyahətlər zamanı övladlarının təhlükəsizliyinə daha çox diqqət ayıracaqlar”.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı