Kanalda batan yeniyetmənin meyiti tapıldı

9 iyunda Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batan şəxsin meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Həmçinin, FHN-nin Mətbuat xidmətindən bildirilib ki, Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batmış 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlunun meyiti batdığı ehtimal olunan yerdən 450 metr aralıda aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı