Qazaxstanda Heydər Əliyevin 100 illik yubileyi qeyd oluncaq

Qazaxıstanın Almatı şəhərində iyunun 12-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək.

Metbuat.az xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Al-Farabi adına Qazax Milli Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təmsil edəcək.

Qənirə Paşayeva səfər çərçivəsində, həmçinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və görkəmli ədib Mir Cəlal Paşayevin 115 illik yubileyi ilə bağlı bir sıra tədbirlərə də qatılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı