Bakı şəhərinin Nizami rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və ətrafında 30 m² sahədə quru ot yanıb.
Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.