Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək.
Metbuat.az xəbər verir ki, iyun ayının 15-i və 16-sı paytaxtda və yarımadada güclü külək əsəcək.
İyunun 15-i gündüz havanın temperaturu 28, ertəsi gün isə 29 dərəcə təşkil edəcək.
Güclü küləyin iyunun 17-dən kəsiləcəyi gözlənilir.
Həmin gündən etibarən havanın temperaturunun yenidən 30 dərəcənin üzərinə qalxacağı proqnozlaşdırılır.