Sənaye məhsulları ixracının qeyri neft-qaz ixracında payı artıb

Azərbaycanda 5 il ərzində sənaye məhsulları ixracının qeyri neft-qaz ixracında payı 62,6 %-ə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

"Ölkəmizdə ixracın şaxələndirilməsi və sənaye məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində reallaşdırılan tədbirlər nəticəsində 2018-2022-ci illərdə sənaye məhsulları ixracının qeyri neft-qaz ixracında payı 51,8 %-dən 62,6 %-ə çatıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı