Türkiyə lideri görüşdüyü şəxsin kim olduğunu biləndə heyrətə gəldi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çempionlar Liqasının finalını izləmək üçün İstanbula gələn “Mançester Siti”nin sahibi Şeyx Mənsurla görüşdüyü anlar ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, Ərdoğan əvvəlcə iş adamını tanımayıb. Ardınca Şeyx Mənsur Ərdoğana təqdim edilib. Bu zaman Türkiyə liderinin "Maşallah" deyərək yaxşı mənada təəccübləndiyi diqqət çəkib.

Qeyd edək ki, Çempionlar Liqasının finalından sonra Prezident Ərdoğan BƏƏ lideri Məhəmməd bin Zayed Əl Nəhyanlə görüşüb. Görüşdə “Mançester Siti”nin sahibi Şeyx Mənsurla yanaşı bir sıra rəsmilər iştirak edib.

Şeyx Mənsur 2008-ci ildə "Mançester Siti"nin alandan sonra 2010-cu ildə klubun "Liverpul"la oyununu tribunadan izləyib. Mənsur İstanbulda 13 ildən sonra ilk dəfə komandasının oyununu tribunadan izləyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı