​Veysəloğlu Şirkətlər Qrupu “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda sərgidə iştirak edib - FOTO

50-dən çox namizəd Veysəloğlu Şirkətlər Qrupunda işləmək üçün müraciət edib

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisində iştirak edib.

Sərgidə ziyarətçilərə Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyət istiqamətləri, iş imkanları, aktiv vakansiyalar və yeni istifadəyə verilən işə qəbul portalı barədə məlumat verilib.

Veysəloğlu Şirkətlər Qrupunun stendini ziyarət edən iştirakçıların şirkət təmsilçilərinə müraciət etməsinə imkan yaradılıb. Sərgi ərəfəsində Şirkətlər Qrupuna işə qəbul ilə bağlı 50-dən çox fiziki müraciət daxil olub. Hazırda şirkət tərəfindən əldə olunan müraciətlərin dəyərləndirilməsi aparılır.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə keçirilib. Yerli şirkətlərin sərgisində sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox şirkət məhsul və xidmətlərini təqdim edib.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində qaliblərdən biri elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı