"Türkiyə dövlət başçısını Azərbaycanda çox sevirlər" - İlham Əliyev

Prezident seçkilərində Türk xalqının sizə göstərdiyi inam bir daha sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir.

Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla geniştərkibli görüş zamanı deyib.

“Sizi Azərbaycanda bilirsiniz ki, çox sevirlər. Siz bizim əziz qonağımızsınız. Yeni hökumət üzvlərini də mən ürəkdən təbrik etmək istəyirəm. Bir çoxlarını tanıyıram. Dünən artıq bizim nazirlər və digər yüksək səviyyəli rəsmiləri bir arada olublar, bu təmaslar bu gün də davam edir. Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə bir yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı bir yol xəritəsi çəkmiş olur. Əminəm ki, bu səfərdə də belə olacaq, bir daha xoş gəlmisiniz”, - Prezident qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı