Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 226,9 min ton ət, 909,5 min ton süd, 918,6 milyon ədəd yumurta, 11,7 min ton yun, 116,8 ton barama istehsal edilib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1%, süd istehsalı 2,1%, yumurta istehsalı 11,4%, barama istehsalı 3,6 dəfə artıb, yun istehsalı isə 2% azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı