"Növbəti ildə daha 4 reabilitasiya mərkəzinin istifadəyə verilməsi planlaşdırılır".
Metbuat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT DİM dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.
O bildirilib ki, son 5 ildə 12 reabilitasiya sosial xidmət mərkəzi yenidən qurularaq istifadəyə verilib:
"Əgər 2018-ci ildə bu mərkəzlər 10 min nəfərə xidmət göstərirdisə, keçən il 50 minə yaxın şəxsə xidmət göstərilib. Növbəti dövrlərdə bu gücün 100 minə qaldırılması hədəflənib. Bu gün Azərbaycanda 500 minə yaxın əlilliyi olan şəxs var. Hər il onların 25-30 faizi bu reabilitasiya mərkəzlərində xidmət görməlidirlər".